Bakıda qadın sürücü 4 piyadanı vurdu
Bizi izləyin

Hadisə

Bakıda qadın sürücü 4 piyadanı vurdu

Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi avtomobillə yolu keçən 4 piyadanı vurub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 29-da saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib. Şirvan şəhər sakini idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Rüfət Muradovu, Səriyyə Quliyevanı, Ehtiram Abdullayevi və qardaşı Fərəməzi vurubr.

Nəticədə, onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm