22 yaşlı oğlanın törətdiyi QƏTLİN TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

22 yaşlı oğlanın törətdiyi QƏTLİN TƏFƏRRÜATI

Hacıqabul rayon sakini, 1992-ci il təvəllüdlü Rüfət Qədirli döyülən əlil qardaşının qisasını alıb. Onu bıçaqlayaraq öldürüb.

Publika.Az xəbər verir ki, hadisə Hacıqabul rayonunda baş verib. Ötən ilin yanvarın 8-də, ikinci qrup Qarabağ əlili olan Emin Ağayev qardaşı Rüfətə zəng edib. O, qardaşına Hacıqabul rayon sakini İlham Hacıyevin onu döyüb, təhqir etdiyini bildirib.

Bu səbəbdən Rüfət əmisi oğlu Rəşid Ağayevə məxsus VAZ-2107 markalı avtomobillə Hacıqabul şəhərində yerləşən “Qədir Xum” restoranına gedib. Orada dostları Murad Ağayev və digərləri ilə görüşüb. Daha sonra İlham Hacıyevdən qardaşı Emin Ağayevi döyməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə “rayon dairəsi” adlanan yerə gəlib.

“Dönərxana”da mübahisə

İlham Hacıyevin bir qayda olaraq bazarın yaxınlığındakı dostlarına məxsus “Dönərxana” kafesində oturduğunu bilən Rüfət Qubadlı idarə etdiyi avtomobili həmin kafenin qarşısına sürüb.

O, İlham Hacıyevin öz dostları Nicat Maqsudov və Elvin Zərbəliyrvlə kafedə əyləşdiklərini görüb. Onunla bir yerdə olan Murad Ağayev yaxınlaşaraq İlham Hacıyevi və dostlarını söhbət etmək üçün kafedən çölə çıxmalarını təklif edib.

Həmin vaxt Murad Ağayev Elvin Zərbəliyevlə kənarda söhbət edib, İlham Hacıyev isə “Dönərxan”nın qarşısındakı “Opel” markalı avyomobilə əyləşərək, Dəmir Yol Stansiyasına tərəf gedib. Təxminən 5 dəqiqədən sonra həmin avtomobillə yenidən kafenin yanına qayıdib.

“Sən də döyülmək üçün gəlmisən”

Rüfət Qubadlı yaxınlaşaraq qardaşının döyülməsinin səbəbini aydınlaşdırmaq üçün İlham Hacıyevdən avtomobildən düşməsini tələb edib. Bu zaman İlham avtomobildən düşərək, onu kənar şəxslərin olmadığı yerə dəvət edib. Hər ikisi piyada H.Həmidov küçəsi 5 saylı ünvanda yerləşən iki mərtəbəli bina ilə Hacıqabul rayon Dəmir Yol İdarəsinin 4 saylı Rabitə və İşarəvermə Stansiyasının inzibati binasının arasında yerləşən əraziyə gediblər. Orada Rüfət Qubadlı İlham Hacıyevdən əlil qardaşı Emini hansı səbəbdən döyməsini soruşub.

İlham Hacıyev ona “sən də döyülmək üçün gəlmisən”, - deyib. O bundan qəzəbələnib və İlhamı öldürmək qərarına gəlib. Bu məqsədlə Rüfət özündə olan bıçaqla İlham Hacıyevin bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona xəsarət yetirib. İlham Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.

11 il 6 ay cəza

Rüfət Qubadlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ittiham edilib. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rüfət Qubadlı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm