• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hərbi tibb fakültəsinə boş qalmış yerlərə qəbul aparılır

  • Hadisə
  • 1 Avqust 2015 02:13
  • 341 Baxış
Hərbi tibb fakültəsinə boş qalmış yerlərə qəbul aparılır

Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyul ayının 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.

Qeydiyyat, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR