Tacir Şahmalıoğlunun qardaşı dənizdə batdı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Tacir Şahmalıoğlunun qardaşı dənizdə batdı - VİDEO (YENİLƏNİB)

Tanınmış müğənni Tacir Şahmalıoğluna bədbəxt hadisə üz verib.

Publika.az xəbər verir ki, müğənninin qardaşı Mahir Allahverdiyev Novxanı çimərliyində batıb.

Xilasedicilər axtarışlara başlayıb. Amma hələlik müsbət nəticə əldə olunmayıb.

Hadisə şahidlərinin dediyinə görə, Mahir Allahverdiyev iki dostu ilə birlikdə Novxanı çimərliyində skuterlə dəniz gəzintisinə çıxıb. Gəzinti zamanı yüksək sürətlə hərəkət edən skuter aşıb. Nəticədə 36-yaşlı Mahir Allahverdiyev batıb. Skuter qəzaya uğrayan zaman onun xəsarət aldığı, eyni zamanda təlimatçıların tələblərinə məhəl qoymayaraq xilasedici jilet geymədiyi bildirilir.

Hazırda FHN-nin xilasediciləri Mahirin axtarışlarını davam etdirir. Tacir başda olmaqla ailə üzvləri çimərlikdə axtarışları müşahidə ediblər.

Bunu əks etdirən videonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm