Redaksiya təhlükədə: terror təşkilatı hücum planlaşdırır
Bizi izləyin

Hadisə

Redaksiya təhlükədə: terror təşkilatı hücum planlaşdırır

Türkiyənin "Star" qəzeti və "Kanal 24"-ün binasına hücumu Marksizim Leninizm Kommunist Partiyasına (MLKP) bağlı bir terror təşkilatı öz üzərinə götürüb.

Publika.az-ın bu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı İstanbul Respublika Baş prokurorluğunda araşdırma başlanılıb.

Ötən həftə bu redaksiyaların önünə bombalı paketləri MLKP ilə əlaqəsi olan "Kasıbların Əzilənlərin Silahlı Qüvvələri" adlı terror təşkilatı qoyduğunu bəyan edib. “Hücumlar istədiyimiz kimi nəticələnənə qədər davam edəcəyik” deyə terror təşkilatı bəyanat yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm