Bakıda kişi meyiti tapılıb
Bizi izləyin

Hadisə

Bakıda kişi meyiti tapılıb

Bakının Nərimanov rayonunda kişi meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Nəcəfovun vəfat etdiyi müəyyən olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm