• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda və Şamaxıda batan iki nəfərin cəsədi tapıldı

  • Hadisə
  • 2 Avqust 2015 10:43
  • 520 Baxış
Bakıda və Şamaxıda batan iki nəfərin cəsədi tapıldı

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, A.Qəniyevin meyiti batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şamaxı rayonunun Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-ci il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları da başa çatıb.

Ş.Məmmədovun meyiti batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR