Bakıda kafedə kütləvi dava: həbslər var
Bizi izləyin

Hadisə

Bakıda kafedə kütləvi dava: həbslər var

Bakıda, "Sərin" kafesində kütləvi dava baş verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, hadisə avqustun 1-i axşam saatlarında baş verib. Şəhərin 4-cü mikrorayon ərazisində olan kafedə mübahisə əlbəyaxa dava ilə nəticələnib. Xəsarət alanların olduğu bildirilir.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək tərəfləri sakitləşdiriblər, saxlananlar var.

Xəbəri Nəsimi RPİ-nin 19-cu polis bölməsindən təsdiqlədilər. Hadisə yerində olmuş təhqiqatçı Rəşad İmanov isə bu mövzuda danışmaq istəməyərək məlumatsız olduğunu dedi.

Qeyd edək ki, son aylar şadlıq saraylarında, restoranlarda kütləvi davalar tendensiya halını alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm