Dənizdə batan gəncin cəsədi tapılıb
Bizi izləyin

Hadisə

Dənizdə batan gəncin cəsədi tapılıb

Dənizdə batan gəncin cəsədi tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Dövlətov Mehman Elman oğlu batıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M.Dövlətovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm