Sələfi liderinə ölkəni tərk etmək qadağası qoyuldu? - Açıqlama
Bizi izləyin

Hadisə

Sələfi liderinə ölkəni tərk etmək qadağası qoyuldu? - Açıqlama

Azərbaycan sələfilərinin liderlərindən olan Əlixan Musayevin ölkəni tərk etməsinə qadağa qoyulub.

Publika.az-a daxil olan məlumata görə, Ə. Musayev dünən gecə hava limanından geri qaytarılıb. Ona bildirilib ki, sizin ölkəni tərk etməyinizə qadağa qoyulub. Məlumatda o da deyilir ki, Ə. Musayev həbs oluna bilər.

Ə. Musayevin özü isə Publika.az-a açıqlamasında məlumatı təkzib edib.

“Mənimlə bağlı heç bir qadağa yoxdur. Ramazan bayramında Türkiyəyə gedib-gəlmişəm. Dünən gecə də ölkədən getmək fikrim olmayıb. Mənim qohumum olan Ləzgi məscidinin imamı Mübariz Qarayev qadağan olunmuş kitab payladığı üçün 6 ay öncə həbs olunub. Lakin mənimlə bağlı hələlik heç bir problem yoxdur”, - deyə sələfi lideri bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm