Bir gündə 3 nəfər suda boğuldu
Bizi izləyin

Hadisə

Bir gündə 3 nəfər suda boğuldu

Neftçala rayon sakini Elvin Hüseynli dənizdə çimərkən boğulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 1-də Neftçala rayonunun Şirvanlı kəndinin ərazisində baş verib. Onun meyiti sudan çıxarılıb.

Digər boğulma hadisəsi isə Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb. Bakı şəhər sakini Şamil Məmmədov avqustun 1-də kəndin ərazisindəki göldə çimərkən boğulub.

Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Füzuli rayon sakini Saleh Sadıqov çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm