• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda keçmiş ər 5 ildir hər gün 3 uşağına və arvadına işgəncə verir - FOTO

  • Hadisə
  • 3 Avqust 2015 17:21
  • 779 Baxış
Bakıda keçmiş ər 5 ildir hər gün 3 uşağına və arvadına işgəncə verir - FOTO

Paytaxt sakinlərindən biri hər gün keçmiş həyat yoldaşını və 3 uşağını döyərək onlara işgəncə verir.

Publika.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova facebookdakı şəxsi hesabında məlumat verib. O bildirib ki, keçmiş ər arvadını və övladlarını döyməkdən zövq alır: “Bu uşagın atası 3 uşagını və həyat yoldaşını döyməkdən və işgəncə verməkdən zövq alır. 5 il bundan əvvəl boşanmasına baxmayaraq, işgəncələr davam edir”.

Mehriban Zeynalova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini deyib. Eyni zamanda keçmiş ailə başçısının atalıq hüququndan məhrum ediləcəyini də əlavə edib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR