Hadisə
Sərnişini avtobusdan yıxılıb ölən sürücü tutuldu
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Yasamal rayonunda qadının avtobusun açıq qapısından yıxılaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda qeyd olunur ki, avqustun 2-də paytaxtın Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 39 saylı marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin - Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. “Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat edib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
T.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...