• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Futbol matçına silahlı basqın - 5 nəfər güllələndi

  • Hadisə
  • 5 Avqust 2015 03:53
  • 427 Baxış
Futbol matçına silahlı basqın - 5 nəfər güllələndi

Salvadorun Delqado şəhərində həvəskarlardan ibarət komandanın 5 futbolçusu naməlum şəxslər tərəfindən güllələnib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, idmançılara 10 nəfər atəş açıb.

İnsident Tranzit koloniyası komandası ilə II Müqəddəs Marqarita koloniyasının yığması arasındakı görüş zamanı baş verib. Ölən futbolçuların birinci komandada çıxış etdikləri bildirilir.

Delqado şəhərinin polis rəisi, komissar Uqo Salinas cinayətkarların oyunun sonlarında meydana girdiklərini deyib. O bildirib ki, insident zamanı yaranan təşviş nəticəsində atəş açan şəxslər qaçmağı bacarıblar.

Polis hadisənin ərazi mübahisəsi aparan iki qruplaşma ilə bağlı olduğunu istisna etmir. Oyunun keçirildiyi meydança qruplaşmaların nəzarət etdikləri ərazilərin sərhədində yerləşir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR