Bakıda çoxmərtəbəli binada yanğın baş verib
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 otaqlı mənzilin mətbəxındə 4 kv.m sahədə mətbəx mebeli, 2-ədəd plastik pəncərə yanıb, digər mətbəx əşyaları qismən qarsalanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.

Yanğınsöndürənlər tərəfindən mənzildə həcmi 5 litr olan, məişətdə istifadə edilən qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm