FHN dənizdə batan şəxsin axtarışına başladı
Bizi izləyin

Hadisə

FHN dənizdə batan şəxsin axtarışına başladı

Paytaxtın Xəzər rayonunda dənizdə 1 nəfər batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən batan şəxsin axtarışlarına başlanılıb.

Digər məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. L.Bədəlovanın cəsədi “Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm