Türkiyəli iş adamına 14 güllə vuruldu
Bizi izləyin

Hadisə

Türkiyəli iş adamına 14 güllə vuruldu

Türkiyəli iş adamı Yahya Tellioğlu ötən gecə İstanbulun Bakırköy səmtində öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobil kirayəsi ilə məşğul olan Yahya Tellioğlu avtomobilində silahlı hücuma məruz qalıb.

Avtomobilə 14 güllə atılıb. Avtomobili idarə edən Yahya Tellioğlu və yanındakı bir nəfər yaralanıb. Ətrafdakıların köməyi ilə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsi Xəstəxanasına aparılan iş adamı həyatını itirib. Yaralanan digər şəxsin vəziyyəti isə ağır olaraq qalır.

İş adamına hücum edən şəxslər avtomobillə hadisə yerindən qaçıblar. Polis cinayətkarların tutulması üçün əməliyyata başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm