13 nəfəri gün vurdu
Bizi izləyin

Hadisə

13 nəfəri gün vurdu

May ayından indiyə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 57 nəfər müraciət edib.

Bunu Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

Onun sözlərinə görə, son 3 ay ərzində müraciət edənlərin 19 nəfəri xəstəxanaya yerləşdirilib, digər 38 nəfərə isə yerində yardım göstərilib.

Son 3 gün ərzində isə 13 nəfər günvurma ilə bağlı müraciət edib və onlara müvafiq yardım göstərilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm