Bir gündə 6 nəfər dənizdə boğuldu
Bizi izləyin

Hadisə

Bir gündə 6 nəfər dənizdə boğuldu

Ötən gün dənizdə 6 nəfər boğulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Elvin Akin Qaradağ rayonu ərazisindəki Sahil çimərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Digər boğulma hadisəsi də paytaxtda baş verib. Bakı şəhər sakini Mahir Əlizadə dənizdə çimərkən boğulub.

Daxili İşlər Nazirliyinin yaydığı xəbərlərə görə, Astara rayon sakini Elmar Həmidov, Qəbələ rayon sakini Anar Tarıverdiyev, Bakı şəhər sakini Səbinə Məmmədli Sumqayıt şəhər çimərliyində, Xaçmaz rayon sakini Elmin Kərimov rayonun Niyazabad kəndi ərazisində dənizdə çimərkən boğulublar. Onların meyitləri sudan çıxarılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm