Qaradağda 3 maşın bir-birinə dəydi, piyada öldü
Bizi izləyin

Hadisə

Qaradağda 3 maşın bir-birinə dəydi, piyada öldü

Avqustun 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə, Məhəmməd Abbasov hadisə yerində ölüb, Səxavət Xalidov isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm