• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıdakı dəhşətli qətlin üstü açıldı

  • Hadisə
  • 8 Avqust 2015 10:12
  • 1 038 Baxış
Bakıdakı dəhşətli qətlin üstü açıldı

Hüquq mühafizə orqanları avqustun 2-də Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin mətbuat xidmətlərinin yaydığı məlumatda qeyd olunur ki, avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.

Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR