Ayaqqabısında narkotik keçirən azərbaycanlı tutuldu
Bizi izləyin

Hadisə

Ayaqqabısında narkotik keçirən azərbaycanlı tutuldu

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Ərəstun Zülfüqarova məxsus əl yüklərinə baxış zamanı 1 ədəd plastik qabda 250 ml həcmində metadon məhlulu aşkar olunub.

Publika.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabılarının hər birinin içərisindən 20 ədəd bükümdə, ümumi xalis çəkisi 151,408 qram olan narkotik vasitə - tiryək, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 3,504 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə isə 19 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar olunan 250 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,253 qram, 19 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,38 qram təşkil edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm