ŞOK: Kənddə uşaqların yarısı zorlandı
Bizi izləyin

Hadisə

ŞOK: Kənddə uşaqların yarısı zorlandı

Pakistanın Pəncab əyalətinin şimali-qərbində yerləşən Hüseyn Kxanval kəndində 280 uşağı zorlayıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər.

Məlumata görə, 25 nəfərdən ibarət dəstə uşaqları bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edərək qeydə alınan görüntülərlə valideynləri şantaj etməyə başlayıb. Valideynlərə bildirilib ki, onlar daim pul verməkdən imtina etsələr, görüntülər yerli bazara çıxarılaraq satılacaq.

Cinayətkar qrup fəaliyyətinə hələ 2007-ci ildə başlayıb və həmin vaxtdan 400-dən çox video çəkilib. Onlardan 300-dən çoxunun satıldığı deyilir. Ümumilikdə 280 uşaq cinsi əlaqəyə girməyə məcbur edilib. Bu isə kənddə yaşayan uşaqların təxminən yarısı deməkdir.

Vilayət rəhbərliyinin sakinlərin şikayətinə baxmaqdan imtina etməsi qalmaqala səbəb olub. Etiraz aksiyasını təşkil edən valideynlərlə polis arasında toqquşmalar baş verib. Ancaq yerli hakimiyyət və polis əvvəlki kimi yenə də hadisənin süni şəkildə şişirdildiyini iddia edir.

Kəndə gələn qonaqların sözlərinə görə, seksual zorakılığı lentə alan dəstənin üzvləri özlərinin qurbanlarını onlara həvəslə və pulsuz göstərirdilər. Vilayətin polis rəisi isə bildirib ki, 20 yaşlarında bir neçə cavan oğlan qarşılıqlı razılıq üzrə seksual əlaqələrə daxil olub və bu çoxdankı tarixdir. Polis rəisi iddia edir ki, qurbanlar məsələni şişirtməklə torpaq mübahisələrini öz xeyrinə həll etmək niyyətindədirlər. Əyalətin baş naziri Pəncab Şaxbaz Şərif isə müstəqil araşdırmanı təşkil edəcəyinə söz verib.

Pakistanda zorlama ölüm, homoseksualizm isə ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Bununla belə cinayətkarlar nadir hallarda polisə düşürlər. Çünki bu cür cinayətlər haqqında informasiya adətən kəndlərin sərhədlərini keçmir. Sərt cəzalara baxmayaraq, Pakistanda fahişəlik və homoseksualizm çiçəklənir. Valideynlər 13-15 yaşlarındakı uşaqları seks xidmətləri göstərməyə məcbur edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm