Avtomobil at arabası ilə toqquşdu, maşındakı sərnişin öldü - VİDEO
Bizi izləyin

Hadisə

Avtomobil at arabası ilə toqquşdu, maşındakı sərnişin öldü - VİDEO

Zaqatala rayonunda at arabası toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Publika.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Mamrıx kənd sakini Qəhrəman Canayev idarə etdiyi avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər.

Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm