Daşkəsəndə bıçaqlanma
Bizi izləyin

Hadisə

Daşkəsəndə bıçaqlanma

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 21:00 radələrində Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Rayonun Alaxançanlı kənd sakini 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə aralarında mübahisə yaranıb.

Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Daşkəsən rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm