İŞİD-ə döyüş ləvazimatı aparan azərbaycanlı aeroportda həbs olundu – SON DƏQİQƏ
Bizi izləyin

Hadisə

İŞİD-ə döyüş ləvazimatı aparan azərbaycanlı aeroportda həbs olundu – SON DƏQİQƏ

Ankara polisinin terrorla mübarizə şöbəsi 4 vilayətdə İŞİD-ə qarşı əməliyyat keçirib.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı həbs olunan 12 nəfər arasında bir azərbaycanlı da var.

49 yaşlı azərbaycanlı Bəkir Qabilovun çantasından 17 ədəd zirehli gödəkcə və dərman ləvazimatları çıxıb. İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı bu ləvazimatları terror təşkilatına verəcəkmiş. B. Qabilov əməliyyat zamanı Ankaranın Esenboğa hava limanında həbs olunub. Onun bu gün Azərbaycana deportasiya olunacağı deyilir.

Türkiyə polisi hazırda 11 şübhəlini də axtarır.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm