3 nəfər xilas edildi, 1 nəfərin isə meyiti tapıldı
Bizi izləyin

Hadisə

3 nəfər xilas edildi, 1 nəfərin isə meyiti tapıldı

Paytaxtın Qaradağ rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, batmaq təhlükəsi üzləşmiş şəxs sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən, paytaxtın Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər də sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Nazirlikdən aldığımız başqa bir məlumatda bildirilir ki, İmişli rayon Mürsəlli kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 148 km aralı, nəzarət olunmayan ərazidə) batmış 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm