Ağdamda faciə: qardaş və bacı sandıqda boğuldu
Bizi izləyin

Hadisə

Ağdamda faciə: qardaş və bacı sandıqda boğuldu

Oyun oynayərkən sandığı içərisinə girən baçı və qardaş havasızlıqdan boğularaq ölüblər.

Ağdam rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, bədbəxt hadisə rayonun Təzəkənd ərazisində salınmış köçkün qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Xanəli Abbasovun iki övladı, 8 yaşlı Bahar və onun qardaşı, 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər. Daha sonra uşaqlar üstündə yük olan sandığı açıb çıxa bilməyiblər. Nəticədə uşaqlardan biri, B. Abbasova sandığın içində havasızlıqdan dünyasını dəyişib. Onun qardaşı, N.Abbasov isə xəstəxanaya aparılarkən yolda keçinib.

Valideyinlərin dediyinə görə, onlar uşaqlarını sandığın içərisində taparkən artıq Baharın nəfəsi gəlmirdi, Nicat isə çox ağır halda idi.

Baş vemiş hadisə ilə bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm