Həbsdən çıxan kişi arvadının xəyanətini bağışlamadı
Bizi izləyin

Hadisə

Həbsdən çıxan kişi arvadının xəyanətini bağışlamadı

Yardımlı rayon sakini, 1988-ci il təvəllüdlü Samir Hüseynov həyat yoldaşını qətlə yetirib.

Publika.Az xəbər verir ki, həbsxanadan gələn Samir Hüseynov həyat yoldaşı Fəridənin başqa bir kişi ilə münasibəti olduğunu eşidib və buna görə də bıçağa əl atıb.

Fəridə ilə ailə həyatı quran 27 yaşlı Samir Hüseynov toyundan iki il sonra cinayət törətdiyi üçün həbsxanaya düşür. O, 2012-ci ilin yanvarında xuliqanlıq etdiyinə görə Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Salyan rayonunun Xələc kəndindəki cəzaçəkmə müəssisəsində çəkib.

Xuliqanlıq və həbsxana

Müəssisədə cəza çəkən Samir Hüseynov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə Salyan Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Samir Hüseynovun müraciətinə müsbət cavab verib və cəzasının qalan 1 il 9 ayını yola vermək üçün məntəqə tipli cəzaçəkmə müəsisəsinə köçürülüb.

Burada onun evə gedib-gəlmək imkanı olur. Buna görə də o, Fəridə ilə 2013-cü ilin avqustundə evlənir və faktiki olaraq ər-arvad kimi yaşamağa başlayır.

Xəyanət

Kürəkçi kəndinə yaşayan Fəridənin başqa bir kişi ilə münasibət qurması ildırım sürəti ilə kəndə yayılır. Bu xəbər həbsxanada cəza çəkən Samirə də çatır. O, bu məsələyə aydınlıq gətirməsi üçün 28 may 2014-cü il tarixdə müəsisənin rəhbərliyindən icazə alar və ertəsi gün yaşadığı kürəkçi kənidə gəlir.

Hamilə qadından alınan qisas

Evinə gələn Samir Hüseynov həyat yoldaşının 10-12 həftəlik hamilə olduğunu bilir. O, Fəridənin başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsini güman edir. Buna görə də Samir həyat yoldaşını öldürmək qərarına gəlir.

Samir Hüseynov bu məqsədlə mayın 30-da, saat 11 radələrində Kürəkçi kəndində yerləşən mağazadan nisyə olaraq bıçaq alır və üstündə gizlədərək yaşadığı evə gəlir.

Hamamda cinayət

Həmin gün saat 12 radələrində Samir çimmək üçün hamama girir. Fəridənin öldürmək məqsədilə kürəyini sürtmək üçün hamama çağırır.

Etiraf

O, əvvəlcə Fəridənin sifət, qol, ayaq nahiylərinə yumruq və təpik zərbələri vurur. Sonra ona çoxsaylı bıçaq zərbələri endirir.

Sonra birbaşa Yardımlı rayon polis şöbəsinə gələrək təslim olur.

14 il 6 ay

Hamilə həyat yoldaşını öldürən Samir Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm