Polis maşınını vurub qaçmaq istəyən saxlanıldı
Bizi izləyin

Hadisə

Polis maşınını vurub qaçmaq istəyən saxlanıldı

“Saxla” əmrinə tabe olmayan sürücü Z.Rəhimli və sərnişini saxlanılıblar.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində “Fiat Dobla” markalı avtopatrulda xidmət aparan PPXB-nin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan “Pegout” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verib. Lakin hərəkəti davam etdirmiş sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib. Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm