Hadisə
Moskvada azərbaycanlı tutuldu: 1,7 milyon dollarla
Moskvadakı "Şeremetyevo" hava limanı gömrüyünün əməkdaşları Gömrük İttifaqının sərhəddindən 1,701 mln. ABŞ dolları məbləğində pulu qanunsuz yolla keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "Report" "Rosbalt"a istinadən xəbər verir.
Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, gəliş zalının "qırmızı dəhlizi"ndə gömrük inspektoru Dubay reysi ilə gələn sərnişini saxlayıb. Sərnişin 1.1 mln. ABŞ dolları məbləğində nağd pul vəsaiti üçün gömrük bəyannaməsini inspektora təqdim edib. Bəyannaməyə daxil edilməyən məbləğ 700 min ABŞ dolları təşkil edib, bu da gömrük qanunvericiliyi ilə icazə verilən nağd pul məbləğindən 5 dəfə çoxdur.
Saxlanılan şəxs barəsində nağd pul vəsaitinin qaçaqmalçılığı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması gözlənilir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO