Bir gündə 29 nəfər tutuldu
Bizi izləyin

Hadisə

Bir gündə 29 nəfər tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 13-də 51 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Bununla yanaşı cinayət törətdiklərinə görə 29 nəfər tutulub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm