Polis 31 nəfəri həbs etdi
Bizi izləyin

Hadisə

Polis 31 nəfəri həbs etdi

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm