Qaradağda döyüş sursatı aşkar edilib
Bizi izləyin

Hadisə

Qaradağda döyüş sursatı aşkar edilib

Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

Publika.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Aşkar edilmiş “BK-125” markalı mərminin hissəsi mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm