Uşağı vurmamaq üçün maşını dirəyə çırpdı - FOTO
Bizi izləyin

Hadisə

Uşağı vurmamaq üçün maşını dirəyə çırpdı - FOTO

Lənkəranın Sütəmurdov kəndi ərazisində yol qəzası baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, Velədi kənd sakini 34 yaşlı Amid Əyyar oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə maneədən qaçmaq istəyərkən yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Sürət yüksək olduğundan təhlükəsizlik yastığının açılmasına baxmayaraq, sürücü baş nahiyəsindən xəsarət alıb. Zərbənin gücündən beton elekrtik dirəyi parçalanıb, avtomaşına ciddi ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili uşağı vurmamaq üçün yoldan kənara çəkib və qəza törədib. Yaralı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm