Göygöldə briqadir süpürgəçini maşınla vurub öldürdü
Bizi izləyin

Hadisə

Göygöldə briqadir süpürgəçini maşınla vurub öldürdü

Göygöl şəhərində piyadanın ölmü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Göygöl rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Nizami Nəcəfov idarə etdiyi "VAZ-2121" markalı maşınla hərəkətdə olarkən yolu süpürən 1980-ci il təvəllüdlü Leyla İsmayılovanı vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb. Aparılan araşdırmalardan sonra şəxsiyyəti müəyyənləşdirilən sürücünün Göygöldəki üzümçülük təsərrüfatının briqadiri olduğu da məlum olub.

Hazırda hüquq mühafizə orqanları, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış N.Nəcəfovun axtarışındadır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm