
Qusar rayonu, Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktorun toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar