Hadisə
Şahdağ Milli parkı yanır - YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli
Parkının ərazisində baş verən yanğınla bağlı məlumat
yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə
bildirib ki, avqustun 16-da saat 18:00 radələrində Şahdağ Milli
Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində
yerləşən meşə sahəsində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının
nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri,
habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam
söndürülməsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha
geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın
lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar
Nazirliyinin iki helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların
ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının
müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ
Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına
müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın
miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı
qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa,
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan
xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
11:11
İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunublar.
Hal-hazırda əməliyyat davam edir.
Anar Tağıyev
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia