Sevgilisini öldürən gəncin məhkəməsi başladı
Bizi izləyin

Hadisə

Sevgilisini öldürən gəncin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publik.az xəbər verir ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib. Qətlə yetirilən Aytac Babayeva orta məktəbin 11-ci sinifində oxuyurmuş.

İzzət Hüseynov bildirib ki, Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib. Qız dayısı oğluna ərə gedəcəyini deyib. Bu xəbərdən depressiyaya düşən İzzət Aytacı bıçaqla qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İzzət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Növbəti məhkəmə iclası avqustun 21-nə təyin olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm