3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb - FOTO
Bizi izləyin

Hadisə

3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb - FOTO

Şəmkirdə 3 yaşlı körpəni öldürən şəxsin görüntüləri yayılıb.

“Report” hüquq-mühafizə orqanlarından əldə etdiyi fotonu təqdim edir.

Qeyd edək ki, Şəmkir rayonunda qıcolmadan öldüyü ehtimal edilən uşağın qəsdən öldürüldüyü məlum olub. Belə ki, 2015-ci ilin aprel ayında rayonun İlmaşlı kəndinin 32 yaşlı sakini Fariz Mirzəyev qeyri-rəsmi nikahda yaşadığı 25 yaşlı Bahar Hüseynovanın 3 yaşlı oğlu Nihata zor tətbiq edərək onun ölümünə səbəb olub. Ögey ata uşağın qıcolmadan öldüyünü bildirib. Uşaq İlmaşlı kəndində yerləşən qəbristanlıqda basdırılıb. Şəmkir rayon Prokurorluğu və Polis Şöbəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının hər hansı bir xəstəlikdən deyil, 32 yaşlı Fariz Mirzəyev tərəfindən öldürüldüyü 1 il sonra müəyyən edilib.

Hazırda şübhəli şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm