Bakı-Qazax yolunda ağır qəza - 3 nəfər yaralandı - FOTO
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda ağır qəza - 3 nəfər yaralandı - FOTO

Hadisə magistral yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayonu Yeni Həyat kənd sakini, 50 yaşlı Maarif Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən arxadan 34 yaşlı Elmir Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “VAZ 2107”in sürücüsü və maşında olan sərnişinlər, 47 yaşlı Kifayət Məmmədova və Fəlakət Cəfərova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. Xəsarət alan daha 2 sərnəşin isə ambulator müalicəyə buraxılıb. (Region TV - Kəpəz TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm