• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Həkimi boğub meşədə basdırdılar – TƏFƏRRÜAT

  • Hadisə
  • 18 Avqust 2015 08:11
  • 2 498 Baxış
Həkimi boğub meşədə basdırdılar – TƏFƏRRÜAT

Ağdaş rayonunda diş həkimi işləyən Elsevər Məmmədov xüsusi amansızlıqla öldürülüb. Bu cinayətin üstü isə uzun müddət polis tərəfindən itkin kimi axtarılan Elsevər Məmmədovun meyiti Şamaxı rayonu ərazisindəki meşə zolağından tapıldıqdan sonra açılıb.

Publika.az xəbər verir ki, hadisə 2012-ci ilin oktyabrında baş verib. Şamaxı rayonunun Dəmirçi kənd sakini Oktay Mürsəlov 2012-ci il oktyabr ayının axırlarında diş həkimi işləyən Elsevər Məmmədovun vasitəsi ilə Ağdaş rayon sakinləri İsmayıl Sarıyevi və Nurlan Məmmədovu güc nazirliklərindən birinə işə düzəldəcəyi barədə vəd edib. O, bununla bağlı hər iki şəxsin tanışı Elsevər Məmmədova bildirib.

Dələduzluq

Elsevər Məmmədov İsmayıl və Nurlanın valideynləri Zamin Sarıyev və Akif Məmmədovdan övladlarının işə düzəldilməsi müqabilində 7500 manat alıb. O, həmin pulu özlərini nazirliyin mayor və baş leytenantı kimi təqdim edən 1975-ci il təvəllüdlü Vasif Soltanova verib. Lakin sonradan Vasif və Oktay vədlərinə əməl etməyiblər. Bu səbəbdən Elsevər Məmmədov həmin pulu Sarıyev və Məmmədova qaytarıb. Buna görə də təqsirləndirilən şəxslər Elsevər Məmmədova qarşı dələduzluq edib.

Qətl planı

Oktay və Vasif 7500 manatı qaytarmamaq üçün Elsevər Məmmədovu öldürmək qərarına gəliblər. 2012-ci il dekabr ayının 3-də, saat 11.00-da Oktay Tural Ağayevin adına alaraq istifadə etdiyi mobil telefon nömrəsindən Elsevər Məmmədova zəng edib və onu əvvəlcə İsmayıllı rayonunun ərazisinə, sonra isə Şamaxı şəhərinə çağırıb.

Elsevər Məmmədov da idarə etdiyi “VAZ-2106” markalı avtomobillə həmin gün, saat 18.00-da Şamaxı şəhərinə gəlib. Orada Elsevər Oktay Mürsəlovla görüşüb. Görüş zamanı Oktay Vasiflə birlikdə Elsevər Məmmədovu yeyib-içmək adı ilə Şamaxı rayonunun Pirqulu kəndinə aparıb.

Diş həkimini maşında boğdular

Elsevər Məmmədov idarə etdiyi maşını Bakı-Şamaxı yolunun kənarında yerləşən avtomaşın təmiri sexinin qarşısında saxlayıb. Onlar birlikdə Oktay Mürsəlov sürdüyü “VAZ-2108” markalı maşınına əyləşiblər. Çuxuryurd kəndi ərazisində avtomobildə arxa oturacaqda əyləşən Vasif Soltanov əvvəlcədən hazırladığı “tros”u qabaq oturacaqdakı Elsevər Məmmədovun boğazına keçirib və onu boğub. Sonra onun meyitini Şamaxı rayonundakı “Mıxtökən” adlanan dağlıq ərazidə basdırıblar. Üstılikdə cibindəki 400 manatını götürüb, üst köynəyini və gödəkçəsini yandırıblar.

Cinayətin izini itirmək məqsədi

Cinayətkarlar izi itirmək məqsədilə Elsevər Məmmədova məxsus maşınla Bakı şəhərinə gəliblər. Mərhumun maşınını Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki binalardan birnin qarşısında saxlayaraq Şamaxıya qayıdıblar.

Elsevər Məmmədovun bütün sənədlərini isə yandırıblar.

Lakin aparılmış əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hər iki cinayətkar yaxalanaraq hakim qarşısına çıxarılıblar. Onların günahları sübuta yetirildiyindən 14,6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR