3 paytaxt sakini xilas edildi
Bizi izləyin

Hadisə

3 paytaxt sakini xilas edildi

Bu gecə paytaxtın Nizami rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin qapısını açıblar və vətəndaşlara müvafiq köməklik göstəriblər.

Binəqədi rayonunda isə yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. FHN-in xilasediciləri liftin qapılarını açıblar və vətəndaşın liftdən çıxmasına şərait yaradılar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm