Axtarışda olan 19 nəfər tutuldu, 36 nəfər həbs edildi
Bizi izləyin

Hadisə

Axtarışda olan 19 nəfər tutuldu, 36 nəfər həbs edildi

Avqustun 17-də ölkə ərazisində 81 cinayət faktı qeydə alınıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, respublikamızın daxili işlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 26-ı “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm