Azərbaycanlı generalın qohumu beynəlxalq axtarışa verildi – CİNAYƏT
Bizi izləyin

Hadisə

Azərbaycanlı generalın qohumu beynəlxalq axtarışa verildi – CİNAYƏT

General Emin Şəkinskinin qayını İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilir.


Fərid Yusub ölkədə olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.


Fərid Yusub Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin qaynıdır.


Xatırladaq ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E. Şəkinskinin ailəsini ölkədən qaçırmaqda təqsirləndirilir. Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm