Qadın kişinin pul kisəsini oğurladı
Bizi izləyin

Hadisə

Qadın kişinin pul kisəsini oğurladı

Pirallahı qəsəbə sakini İsmayıl Abbasova məxsus pul kisəsini oğurlayan şəxs müəyyən edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov RPŞ-yə müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib.

Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm