Gəncədə 5, Abşeronda 1 nəfər zəhərləndi
Bizi izləyin

Hadisə

Gəncədə 5, Abşeronda 1 nəfər zəhərləndi

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 19-da Gəncə şəhərində yaşayan Zaur Həsənov evində sirkə turşusundan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Digər Gəncə sakini də zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsində yaşayan Məhəbbət Hüseynova evində dərmandan zəhərlənib.

Daha bir xəbərə görə, Gəncə şəhər sakini R.Mehdixanlının evindən üç nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının ailəsində qızları Leyla, Səmra və qohumu, Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlar ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Abşeron rayon sakini də zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Hökməli qəsəbəsində yaşayan Sara Ağayeva dünən evində dərmandan zəhərlənib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm