Nazir əmr verdi: cəbhədə ordu ayağa qalxdı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Nazir əmr verdi: cəbhədə ordu ayağa qalxdı - FOTO/VİDEO

Müdafiə naziri qoşunların döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Qəfil həyacan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm