Paytaxt sakinini döyüb soyanlar tutuldu
Bizi izləyin

Hadisə

Paytaxt sakinini döyüb soyanlar tutuldu

Nəsimi rayonu ərazisində paytaxt sakini Ə.Quliyevi döyərək pulunu və üzüyünü almış şəxslər tutulublar.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyərək, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm