Almaniyada azərbaycanlılar yaşayan qaçqın düşərgəsi yanıb - FOTO
Bizi izləyin

Hadisə

Almaniyada azərbaycanlılar yaşayan qaçqın düşərgəsi yanıb - FOTO

Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğın olub.

APA-nın "br.de" saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşı orada yaşayan 19 şəxsdən heç birinin xəsarət almadığını açıqlayıb. Bavariyanın daxili işlər naziri Yoahim Hermann açıqlamasında yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib. Mer Rupoert Tropmann yanğını dəhşətli hadisə adlandırıb. O, hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.

Yanğın haqqında məlumat ötən gün saat 03.20 radələrində daxil olub. Noyştad-Valdnabedəki köhnə restoranda birinci mərtəbədə mebellərin bir hissəsi yanıb. Yanğının yayılmasının qarşısı tez bir zamanda alınıb. Sığınacaq şahidləri gecə saatlarında birinci mərtəbədən iki nəfərin qaçdığını görüblər. Daha bir nəfər isə binanın yaxınlığında onları gözləyib. Hazırda polis hadisəni araşdırır.

Polisin ilkin qiymətləndirməsinə əsasən maddi ziyan 500 avro dəyərindədir.

Həmin sığınacaqda Azərbaycandan olan 19 nəfər yerləşdirilib ki, onlardan 3-ü uşaqdır. Köhnə restoranın birinci mərtəbəsi oyun oynamaq üçün uşaqların istifadəsinə verilib. Şəhərin mərkəzindəki bu köhnə otel və restoran artıq 2 ildir ki, qaçqınları qəbul edir.

Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyi yerli hökumət qurumları ilə birgə azərbaycanlı miqrantlar olan binada baş vermiş yanğının səbəblərini araşdırır.

H.Hacıyevin sözlərinə görə, bu barədə Nazirlik tərəfindən səfirliyə tapşırıqlar verilib.

Qeyd edək ki, Almaniyada azərbaycanlı miqrantların bir qrupunun olduğu qaçqınların yaşadığı binada yanğın hadisəsi baş verib.

Hadisənin Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində baş verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm